Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, martın 27-də qızılın qiyməti martın 19-u ilə müqayisədə 11,832 manat artaraq 1 unsiya üçün 2234,9645 manat təşkil edib.
Gümüş 0,0189 manat bahalaşaraq 1 unsiya üçün 26,1958 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 37,7655 manat artaraq 1463,6405 manat, palladiumun qiyməti isə 59,398 manat azalaraq 2631,2345 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
www.yenicag.az