Qızıl və gümüşün qiyməti tarixi maksimumu yenilədi
“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 4 900 dolları keçərək, tarixi maksimumu yeniləyib.
Yenicag.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 21:43-ə olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 4 902 dollar (+1.33%) təşkil edib.
Həmçinin “Comex” birjasında 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 96 dolları keçib.
Bakı vaxtı ilə saat 20:51-ə olan məlumata görə, qiymətli metalın dəyəri 3.73% artaraq trua unsiyası üçün 96.09 dollara çatıb.












