Qızılın qiyməti yüksəlməyə DAVAM EDİR: 2025-ci ilin ən yüksək SƏVİYYƏSİ

media-hightechnic-468x90

Son dövrlərdə qızıl qiymətindəki artım davam edir və bu, investorların diqqətini çəkir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hazırda bir unsiya qızılın qiyməti 4,225.27 dollarla ticarət olunur, bu isə bir gün ərzində 0.88% və ya 36.74 dollar artım deməkdir. Manatla hesablasaq, 1 qram qızılın qiyməti təxminən 231 manat civarındadır. Bu qiymət səviyyəsi 2025-ci ilin əvvəlindən bəri ən yüksək nöqtələrdən biri hesab edilir.

Qızılın qiymətindəki artımın ardında uzunmüddətli yüksəliş tendensiyası dayanır. Son bir ayda qızılın dəyəri 13.6%, son altı ayda isə 26.3% artıb. Ən diqqət çəkən isə daha geniş zaman kəsikləridir: son bir ildə 55.5%, son beş ildə 120%, son 20 ildə isə 784.6% artım qeydə alınıb.

Bu statistikalar göstərir ki, qızıl uzunmüddətli sərmayə olaraq etibarlılığını qorumağa davam edir. Investorlar üçün bu qiymət artışı, xüsusilə iqtisadi qeyri-müəyyənlik dövrlərində, bir növ “sığınacaq” rolunu oynayır.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05