Qlobal bazarların ƏSAS “İNDİKATORU”: FED sədrinin açıqlaması nəyi dəyişəcək?

media-hightechnic-468x90

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerome Pouelin açıqlamaları qlobal bazarlarda əsas indikatora çevrilib.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, FED rəsmilərinin perspektiv siyasətlə bağlı ehtiyatlı davranışları investorları riskli addımlardan çəkindirir.

ABŞ-da açıqlanan makroiqtisadi xəbərlər FED-in 2024-cü ilin ilk yarısında faizləri azaldacağına dair gözləntiləri artırsa da, qurumun sədri Poellin bu gün verəcəyi açıqlamanın volatilliyinin artıracağı gözlənilir.

Bildirilir ki, oktyabrda ABŞ-da şəxsi istehlak xərcləri 0,2 faiz artıb. FED-in inflyasiya göstəricisi kimi qəbul etdiyi əsas şəxsi istehlak xərcləri qiymət indeksi gözləntilərinə uyğun olaraq, eyni dövrdə aylıq 0,2, illik isə 3,5 faiz artıb.

Analitiklər fərdi istehlak xərcləri məlumatlarının bazarda tələbin azalmasından qaynaqlandığını və FED-in faiz artımı dövrünün pik nöqtəsinə çatdığına dair qənaətləri gücləndirdiyini qeyd edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600