!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal böhranın yetişdirdiyi “QIZIL DÖVRÜ”: “Böyük dövlətlərin imkanları geniş olduğundan...”

!Reklam – Yazi

“Pandemiya dövründə dünya iqtisadiyyatına heç nə ilə əsaslandırılmayan 17-18 trilyon dollar vəsait axıdıldı”.

Bu fikirləri bir sıra dövlətlərin Mərkəzi bankları tərəfindən iri həcmdə qızıl alışını şərtləndirən amilləri şərh edən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, böyük dövlətlərin bankları tərəfindən qızıl alışının artım tendesiyası heç də yaxşı hal deyil:

“Dünya iqtisadiyyatında qızıl alışına maraq artıbsa, deməli, ciddi dalğalanmalar, böhranlar artıq qapıdadır. Qızıl tarixən böranlı vəziyyətlərdə güvənli “liman” rolunu oynadığına görə investorlar, dövlətlər və ölkələrin Mərkəzi bankları öz ehtiyatlarını daha çox qızılda saxlamağa üstünlük verirlər. Bu tendensiya dünyada yaxın gələcəkdə yeni böhran dalğası ehtimalının xəbərçisi də ola bilər.

Düşünürəm ki, dünya iqtisadiyyatı buna çoxdan hazır idi. Pandemiya dövründə dünya iqtisadiyyatı dövlətlərin yanlış qərarları üzündən çox gerilədi. Konkret desək, qlobal iqtisadiyyata heç nə ilə əsaslandırılmayan 17-18 trilyon dollar vəsait axıdıldı. Bu isə ciddi inflyasiyaya səbəb olaraq, dünyanın hər yerində qiymətlərin artmasına, logistik xətlərin zədələnməsinə gətirib çıxardı.

Postpandemiya dövründə bu vəsaitin necə utilizasiya ediləcəyi, necə geri qaytarılacağı ilə bağlı ölkələrin planı yoxdur. Bir çox dövlət, şirkət və analitik mərkəzlər də dünyanın yeni iqtisadi böhran ərəfəsində olduğunu düşünürlər. Bu tezisi təstiqləyən amillərdən biri də qızıla olan marağın artmasıdır. Qızılın qiyməti heç vaxt bu qədər baha olmamışdı.

Ötən günlərdə bir unsiya qızılın dəyəri maksimum 2200 dollara qədər qalxmışdı. Biz illər öncə 2008-09 cu illərdə ABŞ-da “Lemon Brazers”in çökməsi ilə kiçik həcmli böhranların şahidi olmuşuq. Eyni zamanda, 2013-14-cü illərdə baş verən böhranlar növbəti ildə Azərbaycanda devalvasiyalara zəmin yaratdı. Baş verən böhranlar təbii ki kiçik dövlətlərə də təsirsiz ötüşmür. Böyük dövlətlərin vəsaiti və imkanları geniş olduğundan, böhrana qarşı daha öncədə tədbir görməyə çalışırlar”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv