!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal fəlakətin anonsu: Bu iki ölkənin toqquşması dünyanın sonunu gətirəcək

!Reklam – Yazi

Yeni başlayan 2019-cu ildə dünyanın taleyi ABŞ-Çin münasibətlərinin səviyyəsindən asılı olacaq.

Yenicag.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzetinin baş məqaləsində Vaşinqtonla Pekin arasında siyasi-iqtisadi gərginliyin doğura biləcəyi nəticələrə toxunulub.

Məqalədə ABŞ-ın keçmiş maliyyə naziri Henri Polsona istinadən dünya miqyasında “iqtisadi dəmir pərdə” yarana biləcəyi barədə xəbərdarlıq edilir.

Qeyd olunur ki, ABŞ-Çin gərginliyinin artacağı təqdirdə dünyanın əksər ölkələri çətin vəziyyətə düşəcəklər.

Böyük Britaniya, Almaniya, Sinqapur və dünyanın inkişaf etmiş bəzi dövlətləri çoxdan ABŞ və Çin arasında balanslı siyasət yürütməyə çalışırlar. İndiki halda isə onlar Vaşinqton və Pekindən birinin tərəfini tutmaq məcburiyyətində qalacaqlar.

Bundan başqa, ABŞ və Çin arasında başlaya biləcək “soyuq müharibə” Şimali Koreyada və Cənubi Çin dənizindəki adalar ətrafında real savaşı alovlandıra bilər.

Məqalədə xüsusi vurğulanır ki, ABŞ və Çin iqtisadiyyatı bir-birilə o qədər bağlıdır ki, hətta onların yüngül hərbi toqquşması belə bütün dünya üçün fəlakətlə nəticələnəcək.

COP29

www.yenicag.az

9268
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv