!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal şəbəkə üçün “HUSİ TƏHDİDİ”: “Mümkün terrorun qarşısını yalnız fiziki yolla almaq...”

!Reklam – Yazi

“Fiberoptik xətlərin çəkilməsi, quraşdırılması çox zəhmət və küllü miqdarda vəsait tələb edir”.

Bu fikirləri Yəməndəki husilərin Qırmızı dənizin dibindən çəkilən internet magistral xətlərinə zərər vurmaları ilə yarana biləcək mümkün problemlər haqda danışan İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, internetin məhdudlaşması üçün şəbəkəni idarə edən mənbə məhdudlaşmalıdır:

“Ölkələri bir-birinə bağlayan qlobal internet netvorku-fiberoptiklər və internet üçün digər kommunikasiya cihazları, internet xətləri və bir neçə vasitə – quru-dəniz yolu ilə daxil olur. Hər hansı terrorçu qrupun, yaxud təşkilatın internet magistral xətlərinə zərər verməsi dünya miqyasında internetin fəaliyyətinin dayanmasına səbəb ol bilməz.

Çünki həmin ölkələr müxtəlif alternativ xətlərdən istifadə etməklə, internetin davamlılığını təmin edə biləcəklər. Sözsüz, hər hansı zərərdən söhbət getsə belə, bu yalnız kiçik bir əngəl olacaq. Bu qlobal səviyyədə vurulan ziyan deyil. Sadəcə olaraq, fiberoptik xətlərin çəkilməsi, quraşdırılması çox zəhmət və küllü miqdarda vəsait tələb edir.

Müxtəlif dövrlərdə qəza səbəbindən internet magistral xətlərinin zərər görməsi ilə bağlı analoji təcrübələr var. Lakin indiki dövrdə müxtəlif alternativ vasitələrlə internetdən istifadə oluna bilir. İnternetin məhdudlaşması üçün şəbəkəni idarə edən mənbə bu addımı atmalıdır. Bu da indiki dövr üçün mümkünsüz görünür. Bu sahədə mümkün terrorun qarşısını isə yalnız fiziki yolla almaq mümkündür”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv