Qoşqar SALMANLI: Dünyanın ilk ordu qurucusu…

media-hightechnic-468x90

Karl Marks belə Meteni orduların dahisi adlandırıb

Ordu hər bir müstəqil dövlət üçün vacib şərtdir. Sərhədlərin qorunması,doğma torpaqların mühafizəsi məhz ordudan, onun hansı səviyyədə olmasından asılıdır. Nə yaxşı ki, müstəqil dövləti və ordusu olan dövlətlərin arasında Azərbaycanın da adı var. Azərbaycanın inkişaf yolunda olan ordusu var. Ordunun hər bir insan üçün hansı mənanı kəsb etdiyini isə demək çətindir.

Hər birimizin oğlunun, qardaşının, yaxınlarının zaman-zaman ordumuzda qulluq etdiyini düşünmək bizə qürur verir. Ordunu hər zaman xalqımız kişilik məktəbi kimi qəbul edib. Orduda qulluq edən hər bir vətən oğlu mətinləşib bütün cətinliklərə sinə gəlib. Orduya məhəbbət vətənə sevgidən başlayır. Bu sevgi bizim xalqımıza tarixdən süzülüb gələn bir ənənədir. Cünki tarixdə türk ordusu adından söz etdirən bir ordu olub. Qədim türklər orduya bir səcdəgah kimi baxıblar. Əsgərlik qədim türkləri belə desək bir həyat tərzi idi. Hər hansı bir təhlükə olan kimi türklər təşkilatlanmış ordu şəklində birləşir və düşmənlərinə qarşı savaşa başlayırdılar. Digər tərəfdən ilk orduların yaranması ondan irəli gəlirdi ki, yeni münbit ərazilərə sahib olmaq lazım idi.Türklərdə ordu quruculuğu olduqca sürətli gedirdi. Cünki qədim türk xalqları ücün ordu adi həyat tərzinə uygun idi. Gündəlik at minmək,silahdan istifadə, ov etmək hərbi təlimin bir növü idi. Türklər sürətli manevredici orduya sahib idilər. Maraqlıdır ki, tarixdə ilk kəşfiyyat qrupları məhz türkər tərəfindən yaradılmışdı. Qədim türklər icərisində isə ordu daha cox hunların dövründə inkişaf etdi. Hunlar orduya yeni nəfəs gətirdilər. Orduda yeni sistem quran hunlar ordunun formalaşmasına nail ola bildilər. Hunların orduya gətirdikləri onluq sistem ordularının daha da təşkilatlanmasına və formalaşmasına şərait yaratdı. Yeni sistem nəticəsində savaş başlayan anda boy bəyləri komandir, boyun adamları isə əsgər olurdular. Hunların qurduğu sistem nəticəsində orduda pusqu qurmaq ücün xüsusi qruplar təşkil edildi. Bu sistem nəticəsində hunlar daha da gücləndi. Hunların qurduğu onlu sistem bu günkü ordularda da istifadə olunur. Bu sistemə gorə ən kicik əsgər birlik on nəfərdən ibarət olurdu. On nəfərlik dəstələrə onbaşılar rəhbərlik edirdi. Dəstələr boyudukcə onlara yüzbaşılar və minbaşılar nəzarət edirdi. Ən boyuk dəstələr isə on min əsgərdən ibarət olurdu və bu dəstələrə tümənlər başcılıq edirdi. Hunlarda bu sistemi quran böyuk sərkərdə Mete idi. Metenin apardığı ordu quruculuğu nəticəsində orduda əyri və sivil uclu qılınclardan istifadə edilməyə başladı. Mete qonşu ölkələrin güclənməsini nəzərə alaraq orduda tam süvari bir birlik yaratdı. Piyadalar yalniz süvari dəstələrin ardinca hərəkət edirdi. Metenin boyuklüyü nəticəsində Böyuk Hun imperiyası öz ərazilərini daha da genişləndirdi.

Türkün, türkçülük idealının nə qədər yüksək olduğunu və türkün, türk hökmdarının vətənpərvərliyi, torpağa bağlılığı, məhəbbəti və ləyaqətini anlamaq üçün imperator Metenin ikicə fəndini xatırlayaq.

Mete hakimiyyətinin lap ilk çağında qonşu Tunghu (monqolların əcdadları) dövləti müharibə üçün bəhanə axtarır ki, Meteni aradan götürsün. Elçi göndərib əvvəlcə onun sevimli atını ona verməyi, bağışlamağı tələb edir. Mete atı verir. İkinci dəfə elçilər onun qəşəng baş hərəmini, kənizini ona verməyi, bağışlamağı tələb edir. Mete onu da verir. Mete hiyləni başa düşmüşdü. Vaxt qazanırdı. Üçüncü dəfə elçilər gəlir. Mete bu dəfə də elçiləri ədəb-ərkanla qəbul edib soruşur.

“-Mən sizin hökmdarınız nə istəmişsə vermişəm. İndi onun arzusu, tələbi nədir?!

Elçilərdən biri qabağa yeriyib şəstlə dedi:

-Böyük hökmdarım bizim sərhəddin yaxınlığındakı sizin çınqıllı, əkilib-biçilməyən ərazini verməyi tələb edir. Əgər bu ərazini verməsəniz müharibə təbili çalınacaqdır.

Mete bir cavab verməyib elçilərə gözləməyi tapşırdı. Sonra yenə də dövlətin nüfuzlu şəxslərini, ağsaqqalları məşvərət üçün çağırtdırdı. Düşmən tərəfin tələbini onlara bildirdi.

Hamı həyəcanlandı. Ağsaqqalardan biri ayağa qalxıb əksəriyyətin fikrini belə ifadə etdi:

-Xaqan sağ olsun, sən qonşu dövlətin bütün tələblərini yerinə yetirmisən. Bizə qulaq asmayıb ən gözəl sevimli atını, ən yaraşıqlı kənizini tunqhulara vermisən. İndi də bu kimsəsiz, çınqıllı, heç nə bitməyən bu torpaq nədir ki, ondan ötrü qonşu dövləti özümüzdən narazı salaq, igidlərimizin qanını tökdürək. Onsuz da tunqhular bəhanə gəzirlər. Mən həmin torpağın verilməsini təklif edirəm.

Məşvərətə toplanmış ağsaqqalların, nüfuzlu şəxslərin əksəriyyəti həmin fikrə tərəfdar çıxır.

Mete hiddətlənib ayağa qalxdı və dedi:

-Torpaq dövlətin təməlidir, onu heç kimə vermək olmaz. Torpağı əcdadlarımız bizə irs qoyub getmişlər, orada babalarımızın sümükləri uyuyur. Torpaq mənim deyil, xalqındır. Xalqın torpağını verməyə heç kəsin ixtiyarı çatmaz. Mən öz atımı, yaraşıqlı kənizimi tunqhulara ona görə verdim ki, onlar mənim özümün idi; amma torpağı verə bilmərəm, bu torpaq gələcək nəslə çatdırılmalıdır. Ya xalq məhv olmalı, ya da torpağı öz qanı hesabına qorumalıdır!”.

Amansız döyüş başlanır. Mete tunqhulara elə bir toy tutur ki, onlar indiyədək özlərinə gələ bilmir…

İmperator Metenin növbəti fəndi daha ağıllı və ibrətlidir. Xaqan Şunun Makedoniyalı İskəndərə qarşı işlətdiyi hərbi fənd imperator Mete üçün də gərəkli olur. Geniş ərazidə fatehi-düşməni yorub əldən salmaq, mühasirəyə alıb təslim etmək taktikası işlədir. Çinə qarşı növbəti döyüşdə, daha dürüst desək düşmən hücumunu qarşılamaqda Mete sələflərindən məharətlə öyrənmiş, özü də yeni fəndlər kəşf etmişdi. O, Çin hökmdarı Kaonu İskəndərdən daha ağır vəziyyətə salmışdı. Onu rusvayçı sülh bağlamağa məcbur etdi. Bu hadisə m.ö. 201-ci ildə baş vermişdi.

Mete qonşu Çin ordularının hücumlarından, çinlilərin torpaq, sərhəd iddialarından təngə gəlmişdi. Növbəti döyüşdə 300 minlik hun ordusu 320 minlik Çin ordusu ilə qarşılaşır. Mete özünə məxsus taktika-döyüş fəndi işlədir. Çin imperatoru Kaonu arxasınca sürərək, geri çəkilmə, “aldatma taktikası” ilə yorur, üç tərəfdən hündür dağlarla əhatə olunmuş bir yarğana təpir və mühasirəyə alır: Çin ordusunun hər tərəfdən əli üzülür; yollar bağlanır, mərkəzlə əlaqə kəsilir, ərzaq tükənir, atların yemi qurtarır. Acından qırılmaq təhlükəsi yaranır. Mühasirə 7 gün çəkir. Mete gözlənilmədən mühasirəni açır” .

Müharibələr tarixində bu çox rüsvayçı məğlubiyyət sayılır. Mühasirənin açılması, imperatorun xilası ilə bağlı plan tutulması, elçi elçinin dalınca göndərilməsi, Metenin arvadına sandıq-sandıq qızıl “hədiyyə” – bəxşiş verilməsi və s. barədə nə qədər yazsalar, məsələni müxtəlif yerə yozsalar da, hələlik yer üzündə heç kəs bu “plan” haqqında bir məlumat əldə edə, əsl həqiqəti öyrənə və deyə bilməmişdir: nə üçün Mete belə etmişdir? Bu “plan”ı, bu sirri həm Qərb, həm də Çinin öz tarixçiləri ört-basdır edib əsl həqiqəti deməyib və ya demək istəməyiblər. Xüsusilə, Çin alimləri bilərəkdən bu rüsvayçılığın üstündən keçib onu gizlədiblər. Maraqlıdır ki, türk alimi B.Ögəl də öz tədqiqatında bu sirri aça bilmir, üstündən keçir.

Əslində, bununla Mete demək və çinlilərə sübut etmək istəmişdi ki, mən Mete bircə oxumu korlamadan, bircə qılıncımı korşaltmadan, imperatorumuzla birgə 320 minlik ordunu bax beləcə məhv edə, acından öldürərdim! Amma bunu etmədim. Tanrı övladı olduğumu, türk olduğumu göstərdim. Türk torpağı müqəddəsdir, toxunulmazdır. Bunu dərk edin! Və rədd olub gedin!

Bundan sonra Türkdən qorunmaq üçün dünya arxitektura sənətinin möcüzəsi sayılan “Böyük Çin Səddi” çəkildi. Lakin bu sədd də münaqişələrə sədd çəkə, son qoya bilmədi…

Tarixdə bizim Mete kimi ağıllı, tədbirli və sülhsevər dövlət başçılarımız olub; Çinə qalib gələn, onu təslim və sülhə məcbur edən böyük hökmdarlarımız olub. Mete Dünyada bir ordu qurucusu kimi tanınmaqdadır. Bu günkü müasir ordumuz tezliklə öz sələflərinin ənənələrinə sadiq qalacaq Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında yağı düşmən tapdağından torpaqlarımızı azad edəcək.

Biz Mete nəsliyik!

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600