Bu ölkə gələn il Ermənistanda səfirlik açacaq
2026-cı ildə Ermənistanda Estoniya səfirliyi açılacaq.
Yenicag.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsaxkna erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında açıqlayıb.
Mirzoyan Tallinin qərarından məmnunluğunu ifadə edərək, bunu vacib adlandırıb.
“Bu, həqiqətən də iki ölkə arasında inkişaf etmiş güclü tərəfdaşlığı və onu daha da dərinləşdirməkdə qarşılıqlı marağımızı əks etdirir”, – deyə o bildirib.
Onlar həmçinin TRIPP (“Tramp Yolu” – red.) marşrutunun həyata keçirilməsini və onun region üçün potensialını müzakirə ediblər.












