“Qremmi” mükafatının verilməsində yeniliklər olacaq

media-hightechnic-468x90

2022-ci ildə təqdim olunacaq “Qremmi” mükafatlarında bir sıra yeniliklər tətbiq ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Səsyazma Akademiyasından məlumat verilib.

Məlumata əsasən, 4 ən vacib nominasiya üzrə namizədləri seçən gizli komitələr ləğv olunacaq. 1989-cu ildən bəri fəaliyyət göstərən bu komitələrə 15-30 nəfərdən formalaşdırılırdı. Bundan sonra “Ən yaxşı yeni artist”, “İlin mahnısı”, “İlin səs yazısı” və “İlin albomu” nominasiyalarının iştiakçılarını akademiya üzvləri seçəcəklər.

Bununla yanaşı, “Ən yaxşı qlobal musiqili çıxış” və “Ən yaxşı Musica Urbana albomu” adlı yeni nominasiyalar peyda olacaq.

Qeyd edək ki, növbəti “Qremmi” mükafatları yanvarın 31-də təqdim olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600