Qrip əleyhinə vaksinasiya prosesi niyə gecikir? - RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

“Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə aparılmır”.

Yenicag.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.

“TƏBİB-in tabeliyindəki tibb müəssisələri vaksinasiya üçün hazır vəziyyətdədir. Vaksinlər müəssisələrə daxil olacağı halda peyvəndlənmə prosesinə başlanıla bilər”, – deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən ölkəyə yenidən qrip əleyhinə vaksinlərin gətiriləcəyi bildirilib.
“Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub”, – deyə nazirlikdən qeyd edilib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qripə qarşı peyvənd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600