Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qrız, Şahdağ və Xınalıqda qar yağdı - FAKTİKİ HAVA

Azərbaycan Respublikasında olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata əsasən, mayın 11-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Balakəndə 42 mm (aylıq normanın 33 faizi), Zaqatalada 34 mm (aylıq normanın 27 faizi), Qəbələdə 26 mm (aylıq normanın 22 faizi), Oğuzda 22 mm (aylıq normanın 21 faizi), Kişçayda (Şəki) 20 mm, Altıağac (aylıq normanın 22 faizi), Şamaxıda 16 mm (aylıq normanın 23 faizi), Tərtərdə 15 mm, Tovuz, Xaltanda 13 mm, Gədəbəy, Şəki, Qusarda 12 mm, Daşkəsəndə 11 mm, Quba, Lerik, Ağstafada 10 mm, Göyçayda 9 mm, İsmayıllı, Göygöldə 8 mm, Bərdə, Ağdərədə (Ordubad) 7 mm, Şabran, Mingəçevir, Kürdəmir, Ağdamda 6 mm, Zərdab, Yevlaxda 5 mm, Beyləqan, İmişli, Lənkəran, Şəmkir, Gəncə, Naftalan, Şərurda 4 mm, Yardımlı, Şahbuzda 3 mm, Astara, Neftçala, Mərəzə, Ceyrançöl, Ordubadda 2 mm, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Xaçmaz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 3 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm, Zabratda 0,8 mm olub. Qrız, Şahdağ, Xınalıqda qar yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçala, Mingəçevirdə 20 m/s, Bərdədə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Sumqayıtda 28 m/s, Qum adasında 24 m/s, Neft Daşlarında 23 m/s, Pirallahıda 22 m/s, Çilov adası, Zabrat, Maştağa, Bakıda 21 m/s, Binədə 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, Naxçıvan MR-da 17-22 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4 dərəcə şaxta olub.

www.yenicag.az

352