Quba və Şirvanda QHT-lər üçün təlim keçirilib

media-hightechnic-468x90

fa07d5cb-1647-4321-b7bf-8fed4e6d383fBu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Quba rayonunda “QHT şəbəkəsi üçün səmərəli idarəetmə” mövzusunda təlim təşkil edib. Təlimdə Quba, Şabran, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən 25 QHT-nin nümayəndəsi iştirak edib. Şuranın məsləhətçiləri Həsən Səmədov və Toğrul Turabov çıxış edərək layihə təkliflərinin hazırlanması və idarə edilməsi haqqında təlim iştirakçılarına ətraflı məlumat veriblər.

media-banner_tkm

Bu gün həmçinin Şirvan şəhərində Şuranın baş məsləhətçisi Amid Mirzəyev və məsləhətçi Fərid Qəhrəmanovun iştirakı ilə Şuranın 2016-cı il 1-ci maliyyə müsabiqəsi, QHT-lərin bilik və bacarıqlarının artırılması və onlara praktiki köməkliklərin göstərilməsi məqsədi ilə layihə təkliflərinin yazılması, onun idarə olunması, hesabatların elektron qəbulu prosesinə edilmiş əlavə və dəyişikliklər, eləcə də QHT-lərin illik maliyyə hesabatlarının hazırlanması mövzularında məlumatlandırma sessiyası keçirilib.
Sessiyada Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbər şəxsləri və mühasiblər iştirak edib.

Keçirilən tədbirlərdə elektron hesabatlılıq, QHT-lərin layihə hazırlığı prosesində qarşılaşdığı məsələlər və digər mövzularda geniş müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin sualları cavablandırılıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05