Qubada ağır qəza: 5 nəfər xəsarət aldı

media-hightechnic-468x90

Qubada xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa