Qubada iki maşın toqquşub

media-hightechnic-468x90

ppııləBu gün Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Quba – Xaçmaz yolunun Qubanın Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Biləsuvar rayon sakini, Əlifov Elvin Rizvan oğlunun idarə etdiyi 90 CU 541 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını Quba rayon sakini, 1981-ci il təvəllüdlü Kərimov Babək Fərman oğlunun idarə etdiyi 90 VF 259 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində hər iki avtomaşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, ağır bədən xəsarətləri alan sürücülərin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600