!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada itkin düşən azyaşlı tapıldı

!Reklam – Yazi

İyunun 25-də gecə saat 3 radələrində Quba rayon sakini Ceyhun Cəfərov Rayon Polis Şöbəsinə azyaşlı uşağının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-nə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Uşağın valideyni Ceyhun Cəfərov itkin düşən övladının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə, eləcə də RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Sahil Əhmədova və polis nəfəri, polis serjantı Azər Rüstəmova dərin minnətdarlıqlarını bildirib.

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv