Qubanın bəzi ərazilərində işıq olmayacaq

media-hightechnic-468x90

Qubanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Quba Elektrik Şəbəkəsinin (EŞ) ərazisində həyata keçirilən təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq “Quba” yarımstansiyasından çıxan 35 kV-luq “Quba-1” hava xətti və 10 kV-luq bölmə sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Qəçrəş yolu yaşayış massivi, Çiçi, Dəlləkli, Dağlı kəndləri, Qırmızı Qəsəbə, Quba şəhəri Fətəli xan küçəsi, şəhərinin yuxarı ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa