Los-Ancelesdə 29 yaşlı Amber Rega adlı qız qulağını deşdirdikdən sonra şiş əmələ gəlib.
Yenicag.az xəbər verir ki, şişdən canını qurtarmaq üçün gənc qız tanınmış dermotoloqa müraciət edib. Lakin əməliyyat çox baha olduğu üçün etdirə bilməyib.
Bir neçə il Amber Rega bu şişlərlə yaşamalı olub. Daha sonra isə televiziyada aparıcılıq edən tanınmış bir həkim Sandra Leeyə müraciət edib. Uğurlu əməliyyatdan sonra gənc qız əvvəlki görünüşünə sahib ola bilib.
www.yenicag.az