Qurban Qurbanov: “Başqa yolumuz yoxdur”

media-hightechnic-468x90

62105“Sent-Etyen”lə görüş çətin keçəcək. Üstəlik, biz səfərdə oynayırıq”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda sabah qarşılacaqları “Sent-Etyen”lə oyunöncəsi deyib.

Təcrübəli mütəxəssis heyətdə olan itkilərdən də danışıb:

“Təbii ki, bir sıra aparıcı futbolçuların olmaması, hazırlığa təsirsiz ötüşməyəcək. Ancaq başqa yolumuz yoxdur. İki cəbhədə mübarizə apardığımızı nəzərə alsaq, istərdim ki sərəncamımda daha çox futbolçu olsun. Bununla belə, oyunçuları qarşıdakı oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmalıyıq”.

Qeyd edək ki, sabah keçiriləcək “Sent-Etyen” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. (qol.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600