Quterreş danışıqların davam edəcəyini düşünür
BMT Baş katibi Antonio Quterreş bildirib ki, Birləşmiş Millətlər Təşkilatında İran müharibəsinə son qoymaq üçün danışıqların yenidən başlayacağına dair yüksək ehtimallı göstəricilər var.
Yenicag.az bu barədə “Times of İsreal”ə istinaədn xəbər verir.
ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə verdiyi müsahibədə İranla danışıqların yaxın iki gün ərzində Pakistanda bərpa oluna biləcəyini deyib. BMT-də müxbirlərin bu cür perspektivlər haqqında sualını cavablandıran Quterreş bildirib: “Bizdə olan məlumat budur ki, bu danışıqların yenidən başlaması ehtimalı yüksəkdir”.
Quterreş bu gün Pakistanın Baş nazirinin müavini ilə görüşdüyünü qeyd edib və Pakistanın sülh səylərini yüksək qiymətləndirib.
“Mən bu danışıqların davam etdirilməsini vacib hesab edirəm”, – deyə Quterreş bildirib və əlavə edib: “Düşünürəm ki, bu qədər mürəkkəb və uzunmüddətli bir problemin danışıqların ilk sessiyasında həll olunacağını gözləmək qeyri-reallıq olardı. Ona görə də bizə danışıqların davam etməsi və danışıqlar getdiyi müddətdə atəşkəsin qorunub saxlanılması lazımdır”.













