Quterreş Yaxın Şərqdə eskalasiyadan dərin narahatlığını ifadə etdi

media-hightechnic-468x90

BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsindən son dərəcə narahat olduğunu bildirərək tərəfləri atəşkəs rejiminə tam əməl etməyə çağırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Baş katib Yaxın Şərqdə davam edən eskalasiyadan, o cümlədən ABŞ-nin İrana və İranın isə Fars körfəzindəki ölkələrə endirdiyi zərbələrdən dərin narahatdır. O, tərəfləri atəşkəs rejiminə tam şəkildə əməl etməyə və vəziyyəti daha da pisləşdirməməyə çağırıb. Çünki bu, gözlənilməz nəticələri olan münaqişənin yenidən tam miqyasda alovlanmasına səbəb ola bilər”, – o bildirib.

BMT Baş katibi hesab edir ki, vəziyyətin həllində irəliləyişə aparan yeganə yol əsl dialoq və danışıqlardan keçir. Quterreş dayanıqlı sülh və təhlükəsizlik naminə hərtərəfli razılaşma əldə etmək üçün ABŞ və İranı səylərini ikiqat artırmağa çağırıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05