Fransa Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif etdi

media-hightechnic-468x90

Fransa Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və onun rəhbəri Kaya Kallasın rolunun gücləndirilməsini təklif edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi iyunun 11-də Brüsseldə yayılmış və Aİ rəsmiləri ilə diplomatlarının mövqeyini əks etdirən sənədə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, islahatlarla bağlı üç variant təklif olunub. İlk iki variant xarici siyasət alətlərinin ya Avropa Komissiyasının, ya da Avropa İttifaqı Şurasının nəzarətinə verilməsini nəzərdə tutur.

Üçüncü variant isə daha geniş institusional islahat çərçivəsində Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edir.

Bu halda Kallas Avropa Komissiyasında “birinci icraçı vitse-prezident” statusu alacaq və xarici əlaqələr, ticarət və iqtisadi inkişaf daxil olmaqla bir sıra sahələrə cavabdeh komissar və departamentlərin fəaliyyətinə rəhbərlik edəcək.

Sənəddə qeyd olunur ki, bu dəyişikliklər Kallasın Avropa Komissiyasındakı rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək. Hazırda o, Komissiyanın altı icraçı vitse-prezidentindən biridir və bir neçə istiqamət üzrə səlahiyyətləri digər rəsmilərlə bölüşür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05