"Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi - FOTO

media-hightechnic-468x90

Azərbaycan hərbi qulluqçularının iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında “Platinum Wolf – 2026” beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.

Əvvəlcə beynəlxalq taktiki təlimin gedişatı, qarşıda duran tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verilib, daha sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki olaraq yerinə yetirilib.

Komanda məntəqəsində təlimin gedişatını izləyən rəsmi nümayəndələr hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, təcrübə mübadiləsinin aparılması, sülhməramlı əməliyyatların icrası zamanı tərəfdaş ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı uzlaşmanın gücləndirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə Amerika Birləşmiş Ştatları, Azərbaycan, Birləşmiş Krallıq, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya və Yunanıstandan olan hərbi qulluqçular iştirak ediblər.

media-oym5lllocwvumzp2dvabnxpnuwe722tc6jzuluie_1200 media-odnvxm58jnnl7bsn6icwyuxhndsmfrxgepohhbbg_1200 media-5w4ehmakj9cy6a1btjibidzbt9ox61eqazbbrkhn_1200 media-ha2xqt9llskmeiviujyx5m51qyi1fydxydt3jmfm_1200 media-98qw0lhm9xb6wdvsv9n81xay9qnkjbraabh9stjk_1200 media-yytd1j1utg5cmt0vzhpkk5ams0jmwc1uqrinhmgc_1200 media-ynh5g8wxtmzc423dnslgzjtkbbpjcxdkrseqg4og_1200 media-c92vrcxeamazn4zgu2usoumd7ddgyvkhka9oehjl_1200 media-v6byflle1fe8ttjbmehiqxo5to8qwgrn2hlv6ocw_1200 media-nn2njtih3fvwoe2idbke3m3k7v8nbl62epssfoxo_1200

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05