!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

R.Nəsirov adına 111 nömrəli məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilidi

!Reklam – Yazi

Bakı şəhəri Nəsimi rayon Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib. 

Yenicag.az xəbər verir ki, tədbirdə Nəsimi rayon icra başçısının birinci müavini Gülarə Verdiyeva, məktəb rəhbərliyi və valideynlər iştirak edib.

Məktəbin direktoru Jalə Hacıyeva uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir:

“Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub”.

Nəsimi rayon icra başçısının birinci müavini Gülarə Verdiyeva isə bayram münasibətilə uşaqları təbrik edib və onlara təhsil həyatlarında uğurlar arzulayıb.

Daha sonra uşaqlar öz bacarıqlarını nümayş etdirərək rəqs edib, mahnı oxuyub və şeirlər söyləyiblər. 

Həmçinin məktəbin 4 c sinif şagirdlərinin təqdimatında da mahnı, rəqs kompozisiyası nümayiş etdirilib. 4c sinfinin sinif rəhbəri Sevda Cavadova uşaqları təbrik edib, gələcək təhsil illərində uğurlar arzulayıb.

Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. Bayram sevincinə qoşulan hər kəs tədbirin maraqlı və rəngarəng təşkilini alqışlayıblar.

COP29

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv