!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Radikal cinahdan gözlənilən BOYKOT “REPLAY”İ: “Hansı hakimiyyət öz siyasi rəqiblərinə...”

!Reklam – Yazi

“Boykot qərarı verən partiyaların seçkidə iştirak üçün tələb olunan resursları yoxdur”.

Bu fikirləri müxalifətin radikal cinahının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtina etmələrinin səbəbləri haqda danışan professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, siyasi partiyaların əsas işi keçirilən seçkilərdə iştirak etməkdir:

“Seçkilərdə iştirak etməyən partiya siyasi meydanda olmamalıdır. Ümumiyyətlə, seçkidə iştirak etmək üçün üç faktor nəzərə alınmalıdır: insan resursu, vaxt və maddi imkan Qeydiyyatdan keçə bilmək üçün namizədliyini irəli sürən iddialı şəxs minimum 40 min seçici imza toplamalıdır.

Yəni indiki halda beş nəfərin namizədliyini irəli sürməsi onların artıq bu yarışın iştirakçısı olması anlamına gəlmir. Prezident seçkilərini digər seçkilərlə qarışdırmaq olmaz. Parlament və ya bələdiyyə seçkilərində mübarizə məhdud ərazilərdə keçirilirsə, prezident seçkilərində rəqabət bütün ölkəni əhatə edir.

Namizədlik təsdiq olunduqdan sonra müşahidəçilər təyin etmək, komanda yığmaq, onların ehtiyaclarını qarşılamaq lazımdır. Bu səbəbdən, böyük maddi resursun təmin olunması mütləqdir. Ona görə də, əksər partiyanın prezident seçkilərində namizəd irəli sürməsi sual altındadır.

Boykot qərarı verən partiyaların da yuxarıda sadalanan resursları yoxdur. Onlar sadəcə, özləri üçün “xüsusi” şərait yaradılmasını istəyirlər. Dünyanın heç bir yerində, heç bir partiya belə bir şərtlə çıxış etmir, seçki mühitini apardıqları mübarizə nəticəsində yaradırlar.

Yoxsa “sən şərait yarat, mən də seçkilərdə iştirak edim” kimi fikirlər səsləndirmək tamamilə absurd yanaşmadır. Hansı hakimiyyət öz rəqibinə şərait yaradar? İlham Əliyev hazırda reytinqinə görə həm ölkə daxilində, həm də xaricdə ən üst sıralarda dayanan liderdir. Reallıqdan çıxış etsək, Azərbaycanda İlham Əliyev kimi namizədə nə xalq, nə də ekspertlər heç bir rəqib görmür”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv