Radikal dindarların birləşmə planı: Məkkədə görüşlər, qohumluq əlaqələri və kvota sualları

media-hightechnic-468x90

 

media-banner_tuq

Son dövrlər radikal dini çevrələrin yenidən fəallaşması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradır. Artıq məsələ tək-tək şəxslərin fəaliyyəti deyil.

Əsas təhlükə onların bir-biri ilə əlaqə quraraq vahid mərkəz ətrafında birləşmək cəhdidir. Bu prosesin isə tədricən daha planlı və koordinasiyalı xarakter aldığı iddia olunur.

Bu gün diqqət çəkən əsas məqam eyni ideoloji xətti təmsil edən şəxslərin bir-biri ilə əlaqə qurması və vahid şəbəkə formalaşdırmağa çalışmasıdır. Bu prosesdə adı tez-tez hallanan şəxslər sırasında Veysəl Orucov və Əlixan Musayev göstərilir. Bildirilir ki, Əlixan Musayev Azərbaycanda digər radikal çevrələri də vahid çətir altında birləşdirməyə cəhd edir və bu istiqamətdə əlaqələrini genişləndirir. Bu isə artıq sadə dini fəaliyyət deyil, məqsədli təşkilatlanma cəhdi kimi qiymətləndirilir.

Məkkədə görüşlər və xarici əlaqələr iddiaları

Məlumatlarda xüsusi vurğulanan məqamlardan biri Məkkədə keçirilən görüşlərlə bağlıdır. İddialara görə, Əlixan Musayev və onun xalası oğlu Mübariz Qarayev həcc və ümrə ziyarətləri zamanı müəyyən xarici dini çevrələrin nümayəndələri ilə görüşlər keçirir. Bu görüşlərdə adı çəkilən şəxslərdən biri kimi Abu Casim Şəmməri göstərilir.

Bildirilir ki, Abu Casim Şəmməri vaxtilə Küveytdə fəaliyyət göstərmiş və sonradan bağlanmış “İslam irsinin dirçəlişi” adlı qurumla əlaqəli şəxs kimi təqdim olunur. Məkkədə baş tutduğu iddia edilən bu görüşlərin ideoloji əlaqələrin qurulması və koordinasiyanın gücləndirilməsi məqsədi daşıdığı barədə məlumatlar səslənir. Bu faktların gündəmə gəlməsi isə məsələnin təkcə dini fəaliyyət deyil, daha geniş təhlükəsizlik müstəvisində qiymətləndirilməsinə səbəb olur.

Qohumluq əlaqəsi və həcc kvotası sualı

Bu prosesdə xüsusi diqqət çəkən məqamlardan biri də qohumluq faktorudur. Xüsusilə vurğulanır ki, vaxtilə “Ləzgi” məscidində qanunsuz dini fəaliyyətə görə saxlanılmış Mübariz Qarayev Əlixan Musayevin xalası oğludur. Bu qohumluq əlaqəsi şəbəkənin təsadüfi deyil, yaxın münasibətlər üzərindən qurulduğunu göstərən mühüm detal kimi təqdim olunur.

Eyni zamanda iddialara görə, məhz bu iki şəxs – Əlixan Musayev və onun xalası oğlu Mübariz Qarayev hər il 50 nəfərdən çox insanı həcc ziyarətinə təşkilatlı şəkildə aparır. Bu fakt artıq ciddi suallar doğurur. Çünki belə böyük qrupların eyni şəxslər tərəfindən yönləndirilməsi onların geniş təsir və təşkilati imkanlara malik olduğunu göstərir.

Burada ortaya çıxan əsas və sərt sual isə budur: radikal baxışları ilə tanınan şəxslərə bu qədər insanı həccə aparmaq üçün kvotanı kim verir? Bu kvota hansı mexanizm əsasında ayrılır və bu prosesə kim nəzarət edir? Əgər bu fəaliyyət illərlə davam edirsə, deməli məsələ təsadüfi deyil və sistemli xarakter daşıyır.

Maliyyə məsələsi və şəbəkələşmə riski

Digər diqqət çəkən məqam isə milyonlarla ölçülən maliyyə vəsaiti ilə bağlı iddialardır. Təxminən 10 milyon civarında olduğu deyilən maliyyə məsələsinin gündəmə gəlməsi bu fəaliyyətlərin arxasında ciddi resursların dayana biləcəyi ehtimalını gücləndirir. Bu vəsaitlərin mənbəyi və istiqaməti ilə bağlı sualların cavabsız qalması isə təhlükəsizlik baxımından risk yaradır.

Bu gün əsas təhlükə tək-tək şəxslərin fəaliyyəti deyil, onların birləşməsi, qohumluq və əlaqələr üzərindən möhkəmlənməsi və vahid şəbəkə yaratmaq cəhdidir.

Əlixan Musayev və onun xalası oğlu eyni istiqamətdə hərəkət edir.
Onlar onlarla insanı həccə aparır.
Onlara kvotanı kim verir – əsas sual da məhz budur.

Əsas təhlükə tək adamlar deyil, vahid şəbəkədir

Bu gün əsas narahatlıq konkret şəxslərin adları deyil. Əsas təhlükə onların birləşməsi, koordinasiya yaratması və vahid mərkəzdən idarə olunan şəbəkəyə çevrilməsi ehtimalıdır. Radikal ideologiya ən təhlükəli formasını məhz bu mərhələdə alır.
Susmaq təhlükəni azaltmır.
Görməzlikdən gəlmək riski aradan qaldırmır.
Radikal şəbəkələrin birləşməsinə vaxtında və sərt reaksiya vermək isə sabahın təhlükəsizliyini qorumağın yeganə yoludur.

Camal Cavanşir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05