Rafael Fiziyev “Qarabağ” klubunun bazasında oldu

media-hightechnic-468x90

Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ” futbol klubunun stadionunda azərbaycanlı idmançı Rafael Fiziyev Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadə ilə bir araya gəlib.

Bakı Şəhər Halqasından Yenicag.az-a verilən məlumata görə, Rafael Fiziyev klubun bazasına gəlib, Qurban Qurbanovla görüşüb. Baş məşqçi döyüşçünü stadionla tanış edib. Q.Qurbanov azərbaycanlı döyüşçüyə 11 nömrəli formanı hədiyyə edib. R.Fiziyev isə öz növbəsində mütəxəssisə UFC-nin rəsmi əlcəklərini bağışlayıb.

Daha sonra Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur “tirə zərbə” oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziyev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.

Qeyd edək ki, 47,3 milyon izləyicisi olan UFC-nin rəsmi instaqram səhifəsində tədbirdən foto və videolar paylaşılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600