Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ramal HÜSEYNOV: Boşa qoysaq dolmur, doluya qoysaq daşır

10341418_10152321928693859_7689283714141529455_nSusmaq hər zaman ədəb olub, dəyər olub, amma bu zamanda susmaq daha da dəyərlidir. Susmağı bacaranlara da heyranam.

Elə bir zamanda yaşayırıq ki, danışanlar, həm də danışmaq xətrinə danışanlar çoxalıb. Facebookun sayəsində təbii ki. Hamı qəhrəmanlıq edir, amma facebookda, facebook qəhrəmanlığı. Bu da hava dolu şara oxşayır. Bir iynədir canı. Part deyə bir anın içində yox olan şişkinlik.

Hamı danışır. Hamıdan səs möhkəm çıxır. Səs gözəldi amma səs var…, səs var…

Boş qazan səsi ilə ney səsi bir olmadığı kimi.

Bir millət vəkili çıxıb danışmaq xətrinə danışarsa, müəllimlərə fəhləlik etmək yolunu göstərər. Gərəksiz və danışmaq xətrinə danışmaq istərsə biri, belə olar. Əgər danışmaq xətrinə danışmaq olmasaydı indi də dediyi sözü düzəltmək çabası içində olmazdı.

Bəzən deyirik ki, məclisdə danışmayan millət vəkilləri var. İndi anladım ki, belə danışmaqdansa danışmamaqları yaxşıdı. Bildikləri bir şey var imiş. Biz düşünürük ki, danışsalar daha faydalı olarlar amma demək ki, danışmamaqları vətənə və millətə daha xeyirliymiş, bunu anladıq.

Çox danışanın çox səhvi olar misalından yola çıxıb deyirəm ki, lütfən danışa bilmirsizsə danışmayın. Ya da ağıllı görsənmək üçün çox danışıb insanlara yol göstərərkən iki dəfə düşünün ki, sonra da etdiyiniz səhvlərə müxtəlif donlar geyindirməyəsiniz.

İnanınki, artıq nə danışdığını bilməyən bir cəmiyyət üzvi olmaq istəmirəm. Bunu sitəm kimi görənlər necə istəyir qəbul etsin. Bunun adı sitəmdirsə bəli sitəm edirəm.

Cəmiyyət guya fərqliymiş kimi, millət vəkilindən də ultra fərqli birşey gözləyir. Cəmiyyət nədirsə müəllimi də, həkimi də, televiziyası da, mətbuatıda odur. Millət vəkili səhv etdi, amma siz cəmiyyət olaraq indi onun ağzının payını vermək istəyirsiz guya. Çox süni və geyri-səmimisiz.

Susun biraz artıq. Dilinizə verdiyiniz gücü beyninizə və icraata verin.

Elə bil sabahdan axşama kimi kitab oxuyub, özünüzü inkişafla məşğulsunuz, başqalarında səhv axtarmaq qalıb. Səhvi kimdə axtarırsız?

Medianı söyürsünüz bütün günü. Demirəm haqsızsınız. Bir aparıcı selfie çəkdirib “artıq idmana başladım” deməsini “Filankəs idmana başlad” başlığı ilə flash xəbər verən media söyülməyə də layiqdir, amma siz də “biz fərqli cəmiyyətik, belə xəbərlər bizi maraqlandırmır ” deməyin, gülməli görünürsünüz.

Başqasının səhvləri ilə uğraşmakdan öz səhvlərimizi düzəltməyə zamanımız yoxdu bunu düşündünüz heç?

Sabahdan axşama kimi kanallarımızın verdiyi verilişlərə baxan biz deyilik sanki, Somali ya da Tanzanya vətəndaşlarıdır. Elə bir xaotik cəmiyyət olduq ki, fələyimizi şaşırdıq. Boşa qoysan dolmur, doluya qoysan daşır.

Yənı uzatmayım, bəzən susmagımız danışmağımızdan daha faydalıdır. Təbii ki, danışmaq hər kəsin haqqıdır, amma danışmaq ha, saçmalamaq yox.

www.yenicag.az

447