Reklam: High Technic
hightechnic

Ramil Quliyevdən daha bir uğur - Yenə birinci oldu

Reklam: Sinerji Pro

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev daha bir uğura imza atıb.

Yenicag.az xəbər verir ki, o, Türkiyənin Antalya şəhərində keçirilən “Gloria” kubokunda 200 metr məsafədə qaçışda birinci olub.

Dünya və Avropa çempionu bu yarışla mövsümə yekun vurduğunu açıqlayıb. O, indi istirahətə çəkiləcəyini bildirməklə yanaşı, hədəfinin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiyadada qızıl medal qazanmaq olduğunu söyləyib.

www.yenicag.az

1804