Ramil Şeydayev yenidən “Qarabağ”da
“Qarabağ” bu gün növbəti transferini rəsmiləşdirib.
Yenicag.az Sportinfo.az-a istinadən xəbər verir ki, “Neftçi”dən ayrılan Ramil Şeydayevin yenidən Ağdam klubuna dönüşü reallaşıb.
Millinin hücumçusu “Köhlən atlar”la 1+1 illik müqavilə imzalayıb.
Keçid bu gün açıqlanacaq.
Qeyd edək ki, 29 yaşlı forvard 2017-18 və 2021-23-cü illərdə “Qarabağ”ın şərəfini qoruyub.
Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya), “Buriram Yunayted”də (Tayland) də çıxış edib. Azərbaycan çempionu cari mövsümə 6 yeni oyunçu ilə başlayıb.