Ramin Hacılının cəzası azaldıldı

media-hightechnic-468x90

Dələduzluqda ittiham olunan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və barəsində qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.

Prokurorluğun hökmdən verdiyi kassasiya prosesti isə təmin olunmayıb.

Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05