Uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkən xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin ailəsində sevinc yaşanır.
Yenicag.az-a açıqlama verən xalq artisti xanımının doğum günündə sürprizlə qarşılaşdığını deyərək, sevincini bölüşüb:
“Ömür-gün yoldaşım Zümrüd xanımın doğum gününü qeyd edirdik, bu sevincə sevinc qarışdı. Qızım Cəlalənin oğlu dünyaya gəldi. Adını dünya şöhrətli idmançı Məhəmməd Əlinin şərəfinə Məhəmməd Əli qoyduq. Bilirsiniz ki, bir neçə ildir xəstəliklə mübarizə aparıram, səhhətimdə problemlər var, yaradıcılıqdan uzaq düşmüşəm. Amma nəvəm xəstəliyimi mənə unutdurdu. Allah onu mənə hədiyyə göndərdi, çox xoşbəxtəm. Elə həyat yoldaşım üçün də doğum günündə ən gözəl hədiyyə nəvəmizin dünyaya gəlişi oldu. Çox istəyirəm nəvəm böyüyəndə sənətimi davam etdirsin”.
Qeyd edək ki, R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. Eyni zamanda qanqrena səbəbindən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.
Cəvahir