Ramiz Məmmədov “Şamaxı”dan ayrıldı

media-hightechnic-468x90

“Şamaxı” FK-nın İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov klubdan ayrılıb.

Bölgə təmsilçisindən Yenicag.az-a verilən məlumata görə, buna səbəb mütəxissisin I Liqa klubu “Mingəçevir”ə baş məşqçi təyin olunmasıdır.

2022-ci ildən “Şamaxı”nın İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.

Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa