Rauf Arifoğlundan AXCP sədrinə ağır dərs

media-hightechnic-468x90

10841311_10204518537876203_264423802_n“Dostum” Alyoşa Kərimliyə İT dərsi…

Dediyim kimidi. Bu adam təşkilatını, ən yaxşı hesab etdiyi mirzələrini, sosial şəbəkədəki gücünü ancaq mənə işlədir))) Siyasi avaraların hədəfi olmaq xoş deyil. Amma onlara dayanmaq istəyəndə bu imkanı da verməmək, maraqlıdır. Təcrübə Siçovullarım mənim!

Tirajımı saydırıb, qırışmal! Heç yoxmuş, oxumurlarmış qəzetimizi, saytımızı! Eee, Alyoşa, sənin kimi xəstələrim çoxdu mənim. Kimsə oxumasa, sizlər saatlıq monitorinqinizdən qalmazsınız. Bu baxımdan, bizdə problem olmaz.

Mənim sayt və qəzetlərimin oxunmaması barədə illərdir savadsız yazı hazırlatdırırsan. Zamanım və yerim yoxdu, sənin kimi avaralara cavab verməyə. Markın yerindən istifadə edəcəm.

Alyoşinka, ilk iki rəsmdəki məlumatlar məxfidi, hər şirkətin googleanalytics-dəki hesabında olur. Mənim də orada sayğac hesabım var. Bilənlərə sor, onu saxtalaşdırmaq, barmaq etmək çox çətindi. Etmək istəyənlər üçünsə, olduqca bahalıdır. Reklam verənlər ilk olaraq bu məlumatları istəyirlər, dünya çapında güvənilir bir qaynaqdır.

Mənim google analytics göstəricilərim son bir ayda 3 milyon oxucum olduğunu göstərir! 3 milyon nədir, anlayırsan??? 3 Azadlıq Meydanı boyda insan! Və son ayda 200 min artım var – oxucum çoxalıb! 200 min oxucum artıb e, Aklyoşinka! Qafan dartır, bu nə deməkdir?

Bir az da sənin payın var. Davam et.

Son cədvəlsə açıq məlumatdır. Bax, bu anların, saat 10.20-nin screen-shtudur. Orada MDB üzrə qəzet saytlarının reytinqləridir. Bizimki ötən il bu zamanlarda 17-18, sizin bAzadlıq 20-22-ci idi. İndi ilk 15-likdəyik, sizinki ilk 20-likdən 1 ildir çıxıb və oraya qayıda bilmir. Və sənin nifrin yayan saytının top.mail.ru-dakı qiyməti bilirsən nədir? Belə yazıblar: “Этот сайт пока не имеет оценок репутации”… Vot, tak, Alyoşa!!!

Məqalələrin oxunma sayına gəlincə. F5 düyməsi var, klaviaturada. Yaxşı tanıyırsan, səni, saxtakar, o düyməni! Onu yarım saat basılı tutursan, istənilən bAzadlıq məqaləsini daha 5 min rəqəm artırırsan. İşin budur da, avara! Bu qədər bəsit. Göndərirsən 4-5 gənci internet kluba, 4-5 məqalə deyirsən, F5-i basırlar, rəqəm olur 70 min.

Lakin İP sayında bu keçmir! google analytics-ə ümumiyyətlə keçmir. Dərhal saxtakarlığı bilir və qeydə alır.

Anlaşıldımı, Alyoşa?

Bu da sənə İnformasiya Texnologiyası (İT) dərsi…

1545771_851123264910836_6387034951670535582_n 10417770_851124108244085_8972468226989051581_n 10850242_851123228244173_1232581791478370103_n

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600