Rauf Mirqədirov bəyanat verəcək

media-hightechnic-468x90

tuİyunun 5-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalistə qarşı tətbiq olunan qadağalarla bağlı onun şikayətinə baxılacaq

Sabah saat 11:00-da Bakı Apellyasiya Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun şikayəti üzrə məhkəmə prosesi keçiriləcək. Hakim Qədim Babayevin sədrliyi ilə keçəcək məhkəmə prosesində Rauf Mirqədirovun qohumları ilə telefon danışığına, qəzet və jurnalların ona çatdırılmasına qoyulan qadağalarla bağlı verilən şikayətinə baxılacaq.

İyunun 5-də olacaq məhkəmə prosesində Rauf Mirqədirovun bəyanat verəcəyi gözlənilir. Bu barədə onun vəkili Elmar Süleymanov məlumat verib.

Onun sözlərinə görə, Rauf Mirqədirovun özü də məhkəmə prosesində iştirak edəcək: “Sabah saat 11:00-da verdiyimiz şikayətə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Rauf Mirqədirovun qohumları ilə telefon danışığına qoyulan qadağaya baxılacaq. Bildiyimiz kimi, ona qəzet və jurnalların verilməsinə də qadağa qoyulub. Biz bundan da şikayət vermişik. Bunlar tam qanunsuzdur. Ehtimal var ki, sabah Rauf bəy bəyanatda verəcək. Prosesdə onun vəkili olaraq, tək mən iştirak edəcəm. Çünki digər vəkil Fuad Ağayevin Şəkidə məhkəmə prosesi var”.

Xatırladaq ki, Rauf Mirqədirov bu il aprelin 20-də həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur. Bu maddə üzrə 10 ildən 15 ilədək, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur(musavat.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600