Rauf Mirqədirovun həbs müddəti uzadılıb

media-hightechnic-468x90

img1569146Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

media-banner_tuq

Bu barədə  R. Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 ay uzadılmasına qərar verib.

E. Süleymanov həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

apa.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05