!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Razi Nurullayev: “Faciəvi qəzadan dövlətin əleyhinə istifadə etmək yolverilməzdir”

!Reklam – Yazi

“Faciəvi qəzadan dövlətin əleyhinə istifadə etmək yolverilməzdir”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) partiyasının sədri Razi Nurullayev bildirib.

 

Partiya sədri Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların J2-8242 nömrəli Bakı-Qroznı reysini yerinə yetirərkən Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində baş verən faciə ilə bağlı başsağlığı bəyanatını verməsini şərh edib.

R. Nurullayev qeyd edib ki, bu bəyanat dövlətlə ortaq hərəkət etməyin doğru olduğunu göstərmək məqsədilə verilib:

“Azərbaycan xalqı üçün belə bir ağır gündə siyasi partiyaların da dövlətlə birgə hərəkət etməsi təqdirəlayiqdir, biz də bunu etdik. İndiki zamanda müxtəlif spekulyasiyalara, təxribatlara yol vermək olmaz. Birlik, həmrəylik nümayiş etdirmək lazımdır. Bu qəza nəticəsində həlak olanların ailələrinin yanında olmaq, onlara təskinlik vermək lazımdır. Dövlət isə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

Hətta, cənab Prezident Sankt-Peterburq şəhərinə olan səfərini qəzaya görə yarımçıq saxladı. Beləliklə, dövlətin bütün strukturları səfərbər oldu – həkim, psixoloq, xilasedici qüvvələr Qazaxıstana ezam edildi. Dövlət əlindən gələn hər etdi, edir. Bu məsələdə zərrə qədər də olsa narazılıq yoxdur, olmamalıdır. Təbii ki, bütün bu hadisələrdən dövlətimizin, xalqımızın əleyhinə istifadə etmək istəyənlər var və bu yolverilməzdir. Biz xalqımızın, dövlətimizin yanındayıq. Allah bütün həlak olanlara rəhmət eləsin, ailələrinə səbir diləyirik”.

Partiya sədri həmçinin Azərbaycan xalqını qeyri-rəsmi məlumatlara etibar etməməyə, hökumətin rəsmi məlumatlarına uyğun hərəkət etməyə çağırıb:

“Aktauda AZAL təyyarəsinin qəzaya uğraması hər birimizi dərindən sarsıtdı. Belə faciəli hadisələr zamanı cəmiyyət olaraq həmrəy olmaq, dəstək göstərmək və ehtiyatlı davranmaq çox vacibdir. Təəssüf ki, sosial mediada bu kimi hadisələrlə bağlı tez-tez müxtəlif fərziyyələr, şübhəli məqamlar və təsdiqlənməmiş məlumatlar yayılır. Unutmaq olmaz ki, qəza ilə bağlı dəqiq və düzgün məlumat yalnız rəsmi istintaq orqanları tərəfindən təqdim edilə bilər. Həqiqəti əks etdirməyən məlumatların paylaşılması istintaqa müdaxilə etməklə yanaşı, həlak olanların ailələrinə və yaxınlarına əlavə ağrı və narahatlıq gətirir. Onların kədərini nəzərə alaraq, sosial mediada etik qaydalara riayət etmək, təsdiqlənməmiş informasiyaları yaymamaq vacibdir”.

“Belə paylaşımlar, həmçinin hüquqi məsuliyyət yarada bilər. Yanlış məlumatların yayılmasının ciddi fəsadlara və hüquqi məsuliyyətə gətirib çıxara biləcəyini unutmayın. Baxış sayı, bəyənmə və ya diqqət qazanmaq üçün insanların hissləri ilə oynamayın. Faciə zamanı həmrəylik göstərmək və yalnız rəsmi mənbələrdən əldə edilən məlumatlara əsaslanmaq insanlıq borcumuzdur. Cəmiyyətdə yanlış məlumatların yayılmasının qarşısını almaq üçün hər birimiz məsuliyyətli davranmalıyıq”, – MCP sədri fikirlərini yekunlaşdırıb.

Nurlan Cəfəri

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv