Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Razi Nurullayevin “şəkil blefi” ifşa edildi: “Ağsaqqal deyir, o adda deputat tanımıram” – Mehman Hüseynov

“Deyir, evimdə başımın üstündə heç babamın şəklini vurmamışam, qaldı ki hansısa deputatın şəklini vurum”.

Yenicag.az xəbər verir ki, bloqer Mehman Hüseynov deputat Razi Nurullayevin sosial şəbəkədə birgə fotoşəklini paylaşdığı avtopark xidmətçisini taparaq danışdırıb.

Bloqerin yazdığına görə, həmin şəxs onunla söhbətdə şəkil çəkdirmək təklifinin özündön yox, deputatdan gəldiyini deyib:

“Dostlar, bu ağsaqqal xahiş elədi sizə bu məlumatı çatdırım. Oxuyun paylaşın!
Bu gözəl ağsaqqal maşınlara nəzarət edən gözətçidir. Dünən Milli Məclisin deputatı Razi Nurullayev bu kişi ilə “vacib” görüş haqda status yazmışdı, yəgin çoxunuz oxumusuz.

İndicə bu kişi ilə rastlaşdım. Dedim, sağ ol dayı, artıq deputatla şəkil çəkdirirsən, halaldı sənə. Deyir, ay gözəl bala nədən danışırsan? Deyirəm, Razi adlı deputat var e, dünən sən onunla şəkil çəkdirdin, fanatı olduğunu demişdin….

Ağsaqqal cavab verib ki, “Ə, sən nə danışırsan? Biabır olmuşam? Harada şəklim paylaşılıb? A bala, vallah Razi adında deputatı tanımıram, mən kasıb adam səhərdən axşama kimi maşınlara nəzarət edib qəpik-quruş qazanıb evə gedirəm. Mənə bu soxasoxda deputat lazımdı? Televizora, heç nəyə baxmıram. Öz adım yadımda qalmır, qaldı deputatların adını bilim”.

Ağsaqqala şəkli göstərdim ki, bax dayı, bu adam “Facebook”da sizinlə şəkil paylaşıb, deputatdır, adı Razidir.

Ağsaqqal deyir, “Ay başına dönüm, tövbə, mən bu adamı tanımıram, bu adamla şəkil-filan istəməmişəm. Dünən elə bunun maşınını park etməyə kömək etmişəm. Maşından düşüb mənə dedi ki ağsaqqal, nə gözəl çubuğun var, lap yol polisinin çubuğuna oxşayır. Gəl, bir sənlə şəkil çəkdirək.

Ağsaqqal da deyir, daha yox demədim, şəkil çəkdirdik, bu kostyumlu kişi cibindən 40 qəpik çıxarıb verdi mənə və getdi. Başqa söhbət olmayıb, ay nə bilim, şəklini başımın üstündən asacam, ay nə bilim, sən zor deputatsan. Bu deputatlardan xalqa xeyir gəlib ki?

Deyir, evimdə başımın üstündə heç babamın şəklini vurmamışam, qaldı ki hansısa deputatın şəklini vurum”.

 

Loading...

www.yenicag.az

178
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100