Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, Kiyevdəki Olimpiya stadionunda baş tutan həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gəlib.
Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən “kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan “qırmızılar”.
12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan “kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindəydisə, ÇL-in beşqat qalibi “Liverpul” möhtəşəm hücum “trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyirdi.
Rəqibindən fərqli, “Real” Ukraynaya tam heyətlə yollanmışdı. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoymuşdu. “Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen zədə ucbatından meydana çıxa bilməyəcəkdi.
Oyuna gəlincə, dörd qolun qeydə alındığı matçda məhz ispanlar sevinən tərəf olublar. Beləcə, “Real” ardıcıl üçüncü dəfə ÇL-in qalibi olmaqla yeni rekord müəyyənləşdirib.
UEFA Çempionlar Liqası
Final
26 may
“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) 3:1
Qollar: Benzema, 51. Beyl, 64; 83 – Mane, 57.
Baş hakim: Milorad Maziç (Serbiya)
Kiyev, Olimpiya stadionu
www.yenicag.az