Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Real Madrid” Keyndən imtina etdi

Reklam: Sinerji Pro

“Real Madrid” Londonun “Tottenhem” klubunda top qovan Harri Keyni almaqdan imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb.

Qəzetin məlumatına görə, “Kral klubu” koronavirus pandemiyası səbəbindən yaranan maliyyə böhranına görə iri transferlər həyata keçirməkdən imtina edib.

Qeyd edək ki, bir müddət əvvəl “Real”ın Keyn üçün London klubuna 200 milyon funt-sterlinq  (225 milyon avro) ödəmək istədiyi bildirilmişdi.

Xatırladaq ki, H.Keyn 2011-ci ildən “Tottenhem”in oyunçusudur. Klubun futbolçusu kimi iki dəfə İngiltərə çempionatının ən yaxşı bombardiri olub və keçən mövsümdə komandası ilə Çempionlar Liqasının finalına yüksəlib. Keyn İngiltərə yığmasında 45 oyun keçirib və 35 qol vurub.

www.yenicag.az

424