Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Referendum Bərzaniyə baha başa gələ bilər” – Politoloq

Reklam: Sinerji Pro

İraqdakı kürd müxtariyyatı rəhbərlərinin “müstəqillik referendumu”nda təkid etmələrinin onlara ciddi problem yaradacağı bildirilir.

Yenicag.az xəbər verir ki, ötən gün İraqın şimalındakı kürd muxtariyyatı parlamentinin sentyabrın 25-də “müstəqillik referendumu”nun keçirilməsi haqda qərarı təsdiqləməsi regiondakı vəziyyəti bir qədər də mürəkkəbləşdirib.

Göründüyü kimi, İsrail istisna olmaqla, bölgədəki ərəb dövlətlərinin, o cümlədən Türkiyə ilə İranın etirazına, ABŞ və Rusiyanın neqativ münasibətinə baxmayaraq, İraq kürdləri referendumun keçirilməsində israr edirlər.

Hətta İraq parlamentinin bir neçə gün əvvəl sözügedən referendumun qeyri-legitimliyi barədə qəbul etdiyi qərarın da kürd muxtariyyatı üçün çəkindirici təsiri olmadı.

Kürdlərin referendum məsələsində təkid etmələrinin altını isə deyəsən, ilk olaraq İraqın etnik kürd olan prezidenti Fuad Məsum çəkəcək. Onun referendum məsələsində qətiyyətli davranmamasını əsas götürən İraq parlamentinin deputatları prezidentə qarşı impiçment prosedurlarının başladılması üçün imzatoplama kampaniyasına start veriblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən referendum məsələsinə bir daha toxunaraq, bu addımı “böyük səhv” adlandırıb və Ankaranın lazımi tədbirləri görəcəyini bəyan edib.

Referendum məsələsi ətrafında hadisələrin gedişatı göstərir ki, sentyabrın 25-i yaxınlaşdıqca, bölgədəki suyasi hərarət sürətlə yüksəlməkdədir.

Mövzunu Yenicag.az-a şərh edən politoloq Vüqar Zifəroğlunun fikrincə, İraqdakı kürd muxtariyyatının lideri Məsud Bərzaninin region dövlətlərinin etirazlarını nəzərə almaması ona baha başa gələ bilər:

“Baxın, regiondakı ərəb ölkələri bu referendumu indidən birmənalı olaraq tanımırlar. Onlar İraqın, eyni zamanda, Suriyanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən heç bir addımı dəstəkləmirlər.

Həmçinin Türkiyə ilə İran da kürdlərin referendum avantürasına qarşı sərt mövqedədirlər və Ankara ilə Tehran bu çərçivədə atacaqları addımları koordinasiya etməkdədirlər.

Digər tərəfdən, ABŞ da “müstəqillik referendumu”na təkrar münasibətini bəyan edərək, bu aksiyanın regiondakı gərginliyi artıracağı ilə bağlı narahatlığını bildirib.

Yəni referendum məsələsində kürdləri dəstəkləyən tək ölkə İsraildir və son günlərdə Tel-Əviv kürdlərə yönələn dəstəyini ən açıq formada ifadə etməkdədir.

Bu çərçivədə İranın fəallığını xüsusi qeyd etməyə dəyər. Məlumdur ki, İraqın indiki hökuməti İranın təsiri altındadır və ölkədə ciddi qərarların qəbulunda Tehranın mövqeyi mütləq nəzərə alınır.

Hər halda, İraqın kürd əsilli prezidenti Fuad Məsuma qarşı impiçment hazırlığına başlanılmasında İranin rolu şübhə doğurmur.

Belə bir vəziyyətdə Bərzani “müstəqillik referendumu”nu keçirsə belə, o aksiyanın legitimliyini qəbul etdirmək mümkün olmayacaq. Hətta yuxarıda deyilənləri nəzərə alsaq, bu referendum Bərzaninin özünə baha başa gələ bilər”.

A.Zeynalov

www.yenicag.az

1188
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM