!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Referendum Türkiyəyə siyasi sabitlik gətirəcək” – Azər Verdiyev

!Reklam – Yazi

Türkiyənin prezident idarə üsuluna keçidini nəzərdə tutan Konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum başa çatıb. Məlumata görə, seçicilərin 51,41 faizi Konstitusiyadadəyişikliyə “Hə” deyib. Qeyd edək ki, seçicilərin 85 faizi səsvermədə iştirak edib.

Referenduma münasibət bildirən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin (QALİB) sədri Azər Vediyev Azərbaycan vətəndaşlarının böyükəksəriyyətinin Türkiyəni sevdiyini, onun güclü olmasını istədiyini dedi: “Son referendumu da Türkiyənin güclü, demokratik olması baxımından dəyərləndiririk. Çünki güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir.Azərbaycan Prezidentiİlham Əliyevin türkiyəli həmkarıRəcəb Tayyib Ərdoğanıtəbrik edən ilk dövlət başçısı olması da bunun göstəricisidir. Bundan başqa, güclü və demokratik Türkiyə həm də bölgədə demokratiyanın inkişafına, sabitliyə və təhlükəsizliyə yardım edə bilər. Referendumun nəticələri xalqın Ərdoğana olan etibarının təzahürü, qardaş Türkiyənin daha da inkişafı və qüdrətlənməsi istiqamətində apardığınız uğurlu siyasətə və xidmətlərinizə verilən qiymətdir. Hesabe dirəm ki, bu referendum Türkiyə tarixində yeni mərhələnin başlanğıcı olacaq, sabit və güclü Türkiyənin beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir. Hesab edirəm əsas iş elə bundan sonra başlayır. Yəqin ki, Türkiyənin iqtisadi və siyasi gücünün möhkəmlənməsindən çəkinən Qərb öz siyasi alətlərindən istifadə edərək təzyiqləri artıracaq. Ancaq bu referendum həm də ölkədaxili siyasi sabitliyin təminatı olacaq, dövlət idarəçiliyində olan xaotik durumu aradan götürəcək, sistemli inzibati idarəçilik qurulacaq ”.

Yeniçağ.az

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv