!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Rəfiqəsinin itkisindən sarsılan Ülviyyə Əliyeva: “Bu dəfə ölümə qalib gələ bilmədi”

!Reklam – Yazi

“Heç vaxt ölüm barədə fikirləşmirdi. Ən ağır vaxtlarında belə yaşayacağına ümid edirdi”.

Bunu dünən səhər saatlarında xərçəngdən dünyasını dəyişən yaxın rəfiqəsi, Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı danışarkən aktrisa Ülviyyə Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

“Dəfələrlə komaya düşmüşdü, amma kəfəni yırtmışdı. Çünki güclü qadın idi. Həyat sevgisi ilə dolu idi. Hətta reanimasiyaya aparılanda deyibmiş ki, yaşayacağam. Amma bu dəfə ölümə qalib gələ bilmədi.

Sonuncu dəfə onunla telefonla danışdıq. Səhhətimdə problemlər olduğuna görə, yanına gedə bilmədim. Kaş ki, sonuncu dəfə onunla görüşə biləydim. Tünzalə ilə bacı kimiydik, onun itkisini qəbul edə bilmirəm. Bu xəbəri qızına necə deyəcəklər, bilmirəm. Çünki qızı bu dəfə də anasının xəstəxanadan evə dönəcəyi günü gözləyirdi. Azərbaycan teatrı onun simasında istedadlı aktrisanı itirdi”.

Cəvahir

www.yenicag.az

1880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv