Regionlarda həkim çatışmazlığı: TƏBİB etiraf etdi

media-hightechnic-468x90

Regionlarda ixtisaslı həkimlərin çatışmazlığı problemi hələ də aktuallığını qoruyur. Xüsusilə dar ixtisaslar üzrə həkim tapılmaması bəzi bölgələrdə tibbi xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir.

Bu barədə TƏBİB-dən Axar.az-ın sorğusuna cavabda bildirilib.

Qeyd olunub ki, hazırda qurumun tabeliyində 91 publik hüquqi şəxsin tərkibində fəaliyyət göstərən 2701 tibb müəssisəsində 93 minə yaxın işçi, o cümlədən 16923 həkim çalışır:

“Bəli, bəzi bölgələrdə xüsusilə dar ixtisaslı mütəxəssislər üzrə həkim çatışmazlığı hələ də qalır. Bu problem yalnız Azərbaycan üçün deyil, qlobal səhiyyə sistemləri üçün də aktualdır. Bəzi bölgələr üzrə cərrah, travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq və şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) kimi ixtisaslar üzrə çatışmazlıq qeydə alınır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa