Rəkkadan ən son görüntülər-Foto
İŞİD terrorçu qruplaşmasının özünə mərkəz elan etdiyi Rəkka şəhərinin yeni fotoları yayılıb.
Yenicag.az xəbər verir ki, terrorçular şəhərdə bir sıra qaydalar tətbiq ediblər. Belə ki, şəhər yollarında “yol polisləri” fəaliyyət göstərir, Əhalidən xüsusi islam vergisi yığılır.
Bundan başqa “paytaxt”da mağazalarda məhsulların keyfiyyətinə də nəzarət edən şəxslər var.
Qeyd edək ki, İŞİD əsasən İraq və Suriyada döyüşlər aparır. Rəkka şəhərini isə özlərinə paytaxt seçiblər. İŞİD-in əlində olan torpaqlar əsasən neftlə zəngindir.
İŞİD-ə qarşı bir neçə dövlət birləşərək koalisiya yaradıblar. Terrorçuların mövqelərini bombardman edirlər. Bu koalisiyaya ABŞ rəhbərlik edir.