!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rektor sabiq baş prokuroru öldürtməkdə ittiham olundu

!Reklam – Yazi

rekSon günlər Təfəkkür Universiteti ilə bağlı qalmaqallı və sensasiya dolu məlumatların yayılması intensivləşib. Son zamanlar mətbuatda daha çox tənqid hədəfinə alınmış Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev barəsində çox ciddi ittihamlar səslənməkdədir. Bu dəfə də məlumatı yayan şəxs isə uzun müddət bu qurumda çalışmış, hətta onun təsisçilərindən biri olmaq imkanına sahib olmuş Riyad Əliyevdir.

Məlumata görə, universitetin həmtəsisçisi olmuş və eyni zamanda orada prorektor vəzifəsində işləmiş Tarıyel Əhmədov rektor Müşfiq Atakişiyevin və digər həmtəsisçi Rahim Hüseynovun birgə qurduqları plana qurban getmişdir. Xatırladaq ki, 16 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində, səhər saatlarında müəmmalı şəkildə dünyasını dəyişmiş Təfəkkür Universitetinin prorektoru Tarıyel Əhmədovun ölümündə rektor Müşfiq Atakişiyevin adının hallandırılması barədə cumhuriyyet.az-a verilən məlumata görə bu ittiham səbəbsiz deyil: “Universitetlə həmtəsisçi olan mərhum professor “Təfəkkür”də baş verən qanunsuz hallara qarşı çıxdığı üçün Müşfiq Atakişiyevlə və Rahim Hüseynovla aralarında ciddi narazılıq və fikir ayrılığı olub. Universitetin əsasnaməsinə görə, 2013-cü ildə rektorluq növbəsi həmtəsisçi Tarıyel Əhmədova çatmalıydı. Belə olduğu halda isə təbii olaraq Müşfiq Atakişiyev və Rahim Hüseynov “ofsayt” vəziyyətinə düşəcəkdilər. Hələ rektor olmamışdan öncə aralarında belə ciddi insident yaşanmışdısa, deməli Tarıyel Əhmədovun rektor olacağı halda Atakişiyevin nələrlə üzləşəcəyini düşünmək çox asandır. Bunu Müşfiq Atakişiyev və Rahim Hüseynov da çox gözəl bilirdi və Tarıyel Əhmədovu hansı vasitə ilə olursa-olsun zərərsizləşdirmək lazım gəlirdi, bunu da tapdılar”.

Riyad Əliyevin üzərində dayandığı ikinci qətl işi isə sabiq baş prokuror Murad Babayevlə bağlıdır. Xatırladaq ki, Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarixində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973–cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda baş prokuror vəzifəsindən azad edilib. 1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Dünyasını dəyişənədək Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiri vəzifəsində çalışıb. Mərhum Murad Babayevin ölümü ilə bağlı cumhuriyyet.az-a məlumat ötürən R.Əliyev bildirir ki, o,  M.Atakişiyevin cinayətlərinin ört basdır etməkdə yardımçısı olub: “Təfəkkür Universitetindən uzaqlaşmaq onun arzusuydu, amma alınmırdı. M.Babayevin oğlu ilə bağlı asılacağı vardı.

Ona görə də, M.Babayev məcbur olurdu M.Atakişiyevin cinayətləri üzə çıxanda gedib minnətçi olsun və köhnə əməkdaşlardan prokurorluqda xahiş etsin. Daha sonra isə M.Babayev lazımsız fiqura çevrildi və keçindi. Bu işlərin mahir ustasi M.Atakişiyev onu neytralllaşdırdı. Sözsüz bu cinayətin üstü açılmayıb…” / Cumhuriyyet.az

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.

www.yenicag.az

1041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv