Rektor tələbələrlə selfie çəkdirib

media-hightechnic-468x90

3000Bakı Dövlət Universitetinin (BDU) rektoru Jurnalistika fakültəsinin tələbələri ilə selfie çəkdirib.
Bu gün BDU-da təşkil olunan “İlin ən yaxşı şam ağacı” müsabiqəsində maraqlı hadisə yaşanıb. Belə ki, universitetin rektoru, Millət vəkili Abel Məhərrəmov şam ağaclarına baxış keçirərkən, Şaxta Baba obrazında olan Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Loğman Kamranlı birlikdə “selfie” çəkdirməyi xahiş edib. Abel Məhərrəmov tələbənin sözünü yerə salmayıb və Jurnalistika fakültəsinin müəllim və tələbə heyəti ilə birgə selfie çəkdirib.

Xatırladaq ki, bu gün Bakı Dövlət Universitetində bu ali məktəbin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “İlin ən yaxşı şam ağacı” müsabiqəsi keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə keçirilən müsabiqədə universitetin 17 fakültəsi birinci olmaq üçün yarışa qatılıb.

(qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600