Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rəmişin xanımından ürəkparçalayan sözlər: “Ağciyərimin yarısını sənə verərəm”

Bir neçə gün öncə vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilən xalq artisti, tanınmış gitara ifaçısı Rəmişin səhhətində irəliləyiş var.

Yenicag.az-a açıqlama verən sənətkarın xanımı Gülü Hüseynova onu süni nəfəs aparatından ayırdıqlarını deyib:

“Rəmiş süni nəfəs aparatından ayrılıb. Hazırda ona sistemlər qoşulur. Həkimlər hələ konkret bir söz demir. Müalicələrin bitməsini gözləyirlər”.

Rəmişin oksigen çatışmazlığından əziyyət çəkdiyini deyən Gülü onu bir dəqiqə də olsun tək buraxmadığını bildirib:

“Rəmiş ağciyər xəstəliyindən əziyyət çəkir, nəfəsalmasında ciddi problemlər var. Vəziyyəti pisləşəndə əlimi tutdu və dedi ki, mənsiz qalacaqsan. Dedim ağciyərimin yarısını kəsib sənə verərəm, səni ölməyə qoymaram. O, mənim alığım nəfəs, havam, suyumdur. Onsuz bir an da yaşaya bilmərəm. Xəstəxanada da yanından çəkilmirəm, onu bir an da olsa, tək qoya bilmərəm”.

Cəvahir

Loading...

www.yenicag.az

6594
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100