!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Reqionda siyasi və hərbi üstünlüyümüzü daha da artırmaq üçün...” – Ekspertdən TƏKLİF

!Reklam – Yazi

“İşğaldan azad edilmiş ərazilərin bərpasında Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, İsraildən olan investorların iştirakı çox arzuolunandır”.

Bu sözləri Azərbaycanın iqtisadi inkişafına müsbət təsir edəcək amilləri dəyərləndirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Asif İbrahimov qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında 160-dan çox müxtəlif qiymətli metal yatağı mövcuddur:

“Kəlbəcər, Laçın, Zəngilanda zəngin qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları var. Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunurdu.

Kəlbəcər rayonun Zod, Zəngilan rayonun Vejnəli, Ağdərə rayonun Qızılbulaq (Drambon) qızıl yataqlarında qanunsuz istismar nəticəsində Ermənistanın dövlət büdcəsinə bu istiqamətdən vəsait daxil olub. Ermənistanın ən böyük vergi ödəyəcilərindən olan “Zəngəzur Mis-Molibden kombinatı” və “Geopromining” şirkətləri kimi bir çox şirkətlər mis, molibden, qızıl, sink, civə və digər təbii sərvətlərlə zəngin ərazilərin əldən çıxması ilə öz xammallarından məhrum oldular.

Ermənistan büdcəsinə ən çox vəsait gətirən sahələrdən biri də turizm, xüsusilə də dağ turizmi idi. Azərbaycan işğalda olan ərazilərini öz nəzarətinə qaytarmaqla, uzun müddət düşmən işğalında qalan Kəlbəcər və digər ərazilərə turist cəlb etməsinin qarşısını aldı. Ermənistanın dağ turizmində xüsusi yerə malik Sünik vilayətinin də 3 tərəfdən azərbaycanlılarla (Qarabağ, Naxçıvan və Güney Azərbaycan) sərhəd olması da bu sahənin tamamilə çökməsinə gətirib çıxaracaq.

Bundan başqa, Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, ölkə hər il təxminən 200 min ton taxıl istehsal edirdi. Bunun da 150 min tonu işğal edilmiş ərazilərin payına düşüb. Artıq Ermənistan daxili taxıl təminatının böyük hissəsini kənardan təmin etmək məcburiyyətində qalacaq”.

Reqionda siyasi və hərbi üstünlüyümüzü daha da artırmaq üçün idarəetmə modelinin yenidən gözdən keçirilməli olduğunu vurğulayan Asif İbrahimova görə, bu prosesdə bir-birini təkrar edən qurumların, icra strukturlarının ləğvi, hökümətin təşkilati-strukturu yenidən təşkili, üfüqi və şaquli məsuliyyət bölgüsünün yenidən həyata keçirilməsi vacibdir:

“Yerli özünüidarəetmə orqanlarına dövlət büdcəsindən ayrılan vəsaitlər dayandırılmalı, bu qurumlar özləri özlərini təmin etməli, həvalə olunmuş rayonlarda biznes mühitinin, turizmin inkişafını təmin etməli, yerli və beynəlxalq investorların cəlb edilməsini zəmin yaratmalıdırlar. Eyni zamanda, rüşvətlə mübarizə istiqamətində fəaliyyət genişləndirilməli, o cümlədən, digər idarəetmə standartları tətbiq edilməlidir. Həmçinin işğaldan azad olunmuş ərazilərdə azad iqtisadi zonaların təsis edilməsi və xarici investorlar üçün münbit şəraitin yaradılması məqsədəuyğundur. Xüsusilə, Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, İsraildən olan investorların bu prosesdə iştirakı çox arzuolunandır”.

Ekspertin fikrincə, dünyanın ən böyük bazarı olan Avropa İttifaqının bazarlarına Azərbaycan məhsullarının rahat çıxışını təmin etmək məqsədi ilə ölkə qanunvericiliyi də təkmilləşdirilməlidir:

“Maliyə amnistisiyası elan edilməlidir. Azərbaycan laboratoriyalarının sınaq protokollarının mötəbərliyinin təmin edilməsi məqsədi ilə Akkreditasiya sahəsində təkmilləşdirilmələr aparmalıdır. Yerli sahibkarlar üçün Mərkəzi Bankın rezervləri hesabına yerli banklar vasitəsi ilə sadələşdirilmiş şərtlərlə koorparativ kreditlərin verilməsi təmin edilməlidir.

Eyni zamanda, yerli və mərkəzi icra hakimiyyətlərinin fəaliyyətlərinin səmərəliliyinin ölçülməsi üçün ölçmə meyarları hazırlanıb tətbiq edilməli, bütün faəliyyətlər daimi olaraq qiymətləndirilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

4450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv