!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəşad İsmayılov “Əl-ərəb” qəzetinə müsahibə verib

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin ərəb dilli nüfuzlu “Əl-Ərəb” qəzetində geniş müsahibəsi dərc edilib.

Yenicag.az xəbər verir ki, müsahibədə Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın əsas prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti, turizmin inkişafı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım haqqında geniş məlumat verilib.

Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, son iki il ərzində dövlət başçıları tərəfindən həyata keçirilmiş səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, lakin iqtisadi əlaqələrin arzu olunan səviyyəyə çatdmadığını bildirən səfir, hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet olduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Qətər Hava Yolları tərəfindən ölkəmizə həftədə 14 uçuşun həyata keçirilməsinin, viza rejiminin sadələşdirilməsinin və ölkəmizin turizm potensialının Qətərdən ölkəmizə gələn turistlərin sayının artmasında mühüm rol oynadığı qeyd edilib.

Səfir müsahibədə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbuluna Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfir bu il xalqımızın azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 illiyini qeyd etdiyinə diqqəti yönəldərək, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş qırğınlara beynəlxalq müstəvidə hüquqi qiymətin verilməməsinin təəssüf doğurduğunu bildirib. Hələ də ərazilərimizin 20 faizinin işğal altında qaldığı və bir milyon vətəndaşımızın qaçqın vəziyyətində yaşadığı diqqətə çatdırılıb.

www.yenicag.az

2232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv